Kerrik “Mançester Yunayted”in daimi baş məşqçisi olmağa əsas namizəddir - Sky Sports

20 Fevral 2026 22:10
112
Kerrik “Mançester Yunayted”in daimi baş məşqçisi olmağa əsas namizəddir - Sky Sports

Cari mövsümün sonuna qədər “Mançester Yunayted”in baş məşqçisi təyin olunan Maykl Kerrik daimi çalışdırıcılıq üçün əsas namizəddir.

İdman.Biz bu barədə Sky Sports-a istinadən məlumat verir.

Kerrikin “Old Trafford”dakı uğurlu başlanğıcı ona öz vəzifəsində qalmaq üçün yaxşı şans verib, hazırkı vəzifəsinə əsas namizədlər - Tomas Tuxel, Luis Enrike və Karlo Ançelotti isə başqa işlərlə məşğuldurlar.

Kerrik 13 yanvarda “Mançester Yunayted”in çalışdırıcısı olub. O, məşqçi kimi ilk beş oyunundan dördündə qalib gəlib və klubdakı rahat atmosferdən təsirləndiyi bildirilir.

“Mançester Yunayted” 26 oyundan 45 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yerdədir. “Arsenal” isə 27 oyundan 58 xalla birinci yerdədir.

İdman.Biz