“Milan”ın mərkəz müdafiəçisi Fikayo Tomori “Liverpul”un transfer hədəfinə çevrilib.
İdman.Biz-in “Sports Boom”a istinadən məlumatına görə, Mersisaydlılar keçmiş “Çelsi” oyunçusunu müqaviləsi bu yay başa çatacaq İbrahima Konatenin əvəzedicisi kimi görürlər.
Mənbənin məlumatına görə, 28 yaşlı futbolçu İngiltərə Premyer Liqasına qayıtmaq istəyir. Tomorinin istəyi milli komandadakı yerini geri qaytarmaq məqsədi ilə bağlıdır.
Müdafiəçi 2021-ci ilin yayından “Milan”da çıxış edir. Bu mövsüm Tomori bütün yarışlarda 26 oyunda meydana çıxıb və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 20 milyon avrodur.
