“Tottenhem”in baş məşqçisi: “Klubun hazırkı vəziyyəti qəbuledilməzdir”

17 Fevral 2026 23:53
125
“Tottenhem”in baş məşqçisi: “Klubun hazırkı vəziyyəti qəbuledilməzdir”

“Tottenhem Hotspur”un yeni baş məşqçisi İqor Tudor klubun hazırkı vəziyyətini qəbuledilməz adlandırıb.

İdman.Biz bildirir ki, xorvatiyalı mütəxəssis Tomas Frankın işdən çıxarılmasından sonra komandanı idarə etməyə başlayıb. Komanda Premyer Liqanın turnir cədvəlində 26 oyundan 29 xalla 16-cı yerdədir.

“Buraya çətin vəziyyəti bilərək gəldim. Bəhanə gətirməyə vaxt yoxdur. Klubun hazırkı vəziyyəti qəbuledilməzdir. Heç bir “Tottenhem” azarkeşi bu vəziyyəti qəbul edə bilməz. Bunu bilirik.

Vəziyyət çətindir, çünki çoxlu zədəli oyunçumuz var. Bizim ilk prioritetimiz komandanın bu dövrdə ehtiyac duyduğu hər şeyi etməkdir. İnanıram ki, komanda hər şeydən əvvəl özünəinam və cəsarət qazanmalıdır”, - deyə “Tottenhem”in mətbuat xidməti Tudorun sözlərini sitat gətirib.

İdman.Biz