“Monako”nun baş məşqçisi: “Özümüzə inanmalıyıq, əks halda PSJ ilə oynamağın mənası yoxdur”

16 Fevral 2026 22:45
73
“Monako”nun baş məşqçisi: “Özümüzə inanmalıyıq, əks halda PSJ ilə oynamağın mənası yoxdur”

“Monako”nun baş məşqçisi Sebastyen Pokonyoli UEFA Çempionlar Liqası pley-off mərhələsinin “Pari Sen-Jermen” ilə qarşıdan gələn ilk oyunu haqqında danışıb.

İdman.Biz bildirir ki, oyun fevralın 17-də olacaq.

“Maqnes [Akliuş] şübhə altındadır. Bazar ertəsi tibbi müayinədən keçməlidir və çərşənbə axşamı səhəri daha bir məşqimiz var. Lamin [Kamara] da şübhə altındadır. Ansu [Fati] də tibbi müayinədən keçməlidir, ona görə də potensial olaraq üç oyunçumuz şübhə altındadır.

Özümüzə inanmalıyıq, əks halda bu matçı oynamağın mənası yoxdur. Düşünürəm ki, oyunçular əla oyun göstərməyə və cavab oyununda özlərinə şans verməyə qərarlıdırlar”, - deyə Pokonyoli UEFA-nın rəsmi saytında bildirib.

İdman.Biz