Türkiyə Superliqasının 22-ci turunda “Kasımpaşa” “Fatih Karagümrük”ü qəbul edib.
İdman.Biz xəbər verir ki, İstanbuldakı “Recep Tayyip Erdoğan” stadionunda keçirilən matç neydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.
Oyunda ilk üç qolu “Kasımpaşa”lılar vurublar. Kerem Demirbay (19), Cenk Tosun (62), İrvan Kahveçi (71) fərqləniblər. Lakin qonaqlar bu qollardan ikisinin əvəzini çıxa biliblər – Filip Mladenoviç (80) və Ahmed Traore (90+2).
“Karagümrük” 12 xalla sonuncu yerdədir. “Kasımpaşa” isə 19 xalla 15-ci yerdə qərarlaşıb.
