“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqası pley-off mərhələsinin “Yuventus”a qarşı keçiriləcək ilk oyunu barədə danışıb.
İdman.Biz bildirir ki, matç fevralın 17-də olacaq.
“Mövsümün əvvəlindəki məqsədimiz [ümumi hesabda] ilk səkkizlikdə yer almaq və dərhal 1/8 finala yüksəlmək idi. Buna nail ola bilmədik, amma ilk 24-lüyə düşmək və pley-offda oynamaq şansına sahib olmaq məqsədimizə çatmaq üçün yaxşı bir yoldur. İlk oyunu evdə oynayacağıq. Rəqiblərimizin çox yüksək keyfiyyətli oyunçuları və yaxşı məşqçisi olduğunu bilirik. Yaxşı oynadıqları, amma qalib gələ bilmədikləri oyunlar olub; son vaxtlar bəxtləri gətirməyib. Çox çətin bir oyun gözləyirik.
Rəqibimizin güclü tərəflərini bilirik. Bəzən bu səviyyədə yaxşı koordinasiya olunmuş müdafiə qələbə gətirir. Əgər kompakt oynasaq, hücum etsək və birlikdə müdafiə olunsaq, vacib qələbəni təmin etmək şansımız olacaq. Hazırda Avropada ən yaxşı fiziki və zehni formadayıq. Oyunçular zədədən sonra meydana qayıdırlar, ona görə də oyuna yaxşı başlayan və onu effektiv şəkildə başa vuran komanda olmağa çalışırıq”, - deyə Buruk UEFA-nın rəsmi saytında bildirib.
