“Atletik Bilbao”nun hücumçusu Niko Uilyams qasıq yırtığı (pubalgiya) səbəbindən qeyri-müəyyən müddətə oynaya bilməyəcək.
İdman.Biz xəbər verir ki, zədə onun oyunlarda iştirak etmək qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. “Goal” qəzetinin məlumatına görə, klubun baş məşqçisi Ernesto Valverde Uilyamsın sağalması üçün dəqiq vaxtın hələ məlum olmadığını bildirib.
Oyunçu bir sıra tibbi müayinələrdən keçəcək və nəticələrinə əsasən müalicə planı müəyyən ediləcək. İlkin məlumatlara görə, Uilyams ən azı bir ay müddətinə meydandan kənar qalacaq. Bu o deməkdir ki, o, 3 martda “Real Sosyedad”a qarşı Kral Kuboku yarımfinalının ikinci oyununu buraxacaq.
23 yaşlı futbolçu bu mövsüm klubun heyətində 26 oyuna çıxıb, dörd qol vurub və altı məhsuldar ötürmə edib. “Atletik Bilbao” hazırda 28 xalla La Liqada 10-cu yerdədir.
