“Real Madrid”in keçmiş baş məşqçisi, hazırda “Benfika”ya rəhbərlik edən Joze Mourinyo keçmiş klubuna qarşı keçiriləcək Çempionlar Liqasının pley-off matçı barədə şərh verib.
İdman.Biz bildirir ki, Çempionlar Liqasının ilk pley-off matçı 17 fevralda Lissabondakı “Estadio da Luz” stadionunda keçiriləcək.
“Madrid azarkeşlərinin mənim haqqımda müsbət danışdıqlarını eşidəndə özümü necə hiss edirəm? Madriddə əlimdən gələni etdim. Bəzi şeylərdə uğur qazandım, bəzilərində uğursuz oldum, amma həqiqətən də əlimdən gələni etdim. Hər şeyi verəndə isə əbədi bir bağ yaranır. “Real Madrid” azarkeşləri buna görə mənə hörmət etməyə və minnətdarlıq etməyə davam edirlər. “Real Madrid”ə qarşı qətiyyən pis hisslərim yoxdur”, - deyə “Madrid Zone” sosial media hesabında Mourinyodan sitat gətirib.
