“Mançester Siti” “Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uaytı transfer etməyi düşünür.
İdman.Biz-in “Football Insider”ə istinadən məlumatına görə, “şəhərlilər” 26 yaşlı ingilisi yayda klubdan ayrıla biləcək Bernardu Silvanın potensial əvəzedicisi kimi görür.
Mənbəyə görə, müqavilənin dəyəri 70 milyon avro ola bilər. Daha əvvəl “Aston Villa”nın oyunçu ilə maraqlandığı bildirilirdi.
Gibbs-Uayt bu mövsüm bütün turnirlərdə 35 oyunda meydana çıxıb, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. Morqan əvvəllər “Vulverhempton”, “Şeffild Yunayted” və “Suonsi Siti”də oynayıb. Transfermarkt onun bazar dəyərini 65 milyon avro qiymətləndirir.
