“Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi saç kəsimi kampaniyasına görə azarkeş Frank İletti sərt tənqid edib.
İdman.Biz-in “Goal”a istinadən verdiyi məlumata görə, azarkeş “Mançester Yunayted” ardıcıl beş oyun qazanana qədər saçını kəsməyəcəyinə söz verib. Lakin Runi hesab edir ki, bu cür hərəkətlər yalnız diqqəti komandanın özündən yayındırır.
“Ona sərt sözlər deyərdim, o, sadəcə əsəblərimə toxunur. Biz (Maykl) Kerrik və “Yunayted”in ardıcıl beş oyun qazanmağa çalışmasından danışırıq, amma hamı yalnız bu oğlanın saçını kəsib-kəsməməsi ilə maraqlanır. Əminəm ki, “Yunayted” beşinci oyununu qazansa, o, çox üzüləcək, çünki bir anda heç kimə lazım olmayacaq”, - Runi deyib.

Qeyd etmək lazımdır ki, “Mançester Yunayted” son oyunda “Vest Hem”i məğlub edə və qələbə seriyasını beş matça qədər uzada bilməyib, ona görə də azarkeşin kampaniyası davam edir.
