“Latsio” İtaliya Kubokunda “Bolonya”nı məğlubiyyətə uğradıb

12 Fevral 2026 02:37
112
“Latsio” İtaliya Kubokunda “Bolonya”nı məğlubiyyətə uğradıb

“Latsio” “Bolonya”nı penaltilərdə məğlub edərək İtaliya Kubokunun yarımfinalına yüksəlib.

İdman.Biz-in məlumatına görə, dörddəbir final matçının əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Ev sahibləri ilk yarıda Santyaqo Kastronun qolu ilə hesabı açıblar. Lakin fasilədən dərhal sonra Ticani Noslin bərabərlik qolunu vurub.

Qalib penaltilər seriyasında müəyyənləşib və “Latsio” üstün olub.

“İnter”, “Atalanta” və “Komo” da yarımfinala çıxıblar.

İdman.Biz
Məqalədə: