“Bavariya” Almaniya Kubokunun yarımfinalına yüksəlib - VİDEO

12 Fevral 2026 02:04
82
“Bavariya” Almaniya Kubokunun yarımfinalına yüksəlib

“Bavariya” “RB Leypsiq”i məğlub edərək Almaniya Kubokunun yarımfinalına yüksəlib.

İdman.Biz bildirir ki, Münhen klubu dörddəbir final matçında evdə 2:0 hesabı ilə qalib gəlib. Oyun “Arena Munich”də baş tutub.

64-cü dəqiqədə Harri Keyn penaltidən hesabı açıb, üç dəqiqə sonra isə Luis Dias ev sahibi komandanın üstünlüyünü ikiqat artıraraq yekun nəticəni təmin edib.

Daha əvvəl “Bayer Leverkuzen”, “Ştutqart” və “Frayburq” yarımfinala yüksəliblər.

İdman.Biz