İspaniya Kuboku: “Real Sosyedad” səfərdə “Atletik”i məğlub edib - VİDEO

12 Fevral 2026 02:10
219
İspaniya Kuboku: “Real Sosyedad” səfərdə “Atletik”i məğlub edib

İspaniya Kral Kuboku yarımfinalının “Atletik Bilbao” və “Real Sosyedad” komandaları arasında keçirilən ilk oyun başa çatıb.

İdman.Biz-in xəbərinə görə, Bilbaodakı “San Mamés Barria” stadionunda keçirilən oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın yeganə qolunu 62-ci dəqiqədə “Real Sosyedad”ın yarımmüdafiəçisi Benat Turrientes vurub.

Komandalar yarımfinalın ikinci oyununu 4 martda keçirəcəklər.

İdman.Biz