İtaliya Kubokunun dörddəbir final mərhələsinin “Napoli” və “Komo” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, oyun Neapoldakı “Dieqo Armando Maradona” stadionunda baş tutub. Əsas və əlavə vaxt 1:1 hesablı heç-heçə ilə bitib. Matç qonaqların penalti seriyasında qələbəsi (6:7) ilə başa çatıb.
“Komo”nun yarımmüdafiəçisi Martin Baturina ilk qolu 39-cu dəqiqədə vurub. “Napoli”nin yarımmüdafiəçisi Antonio Verqara 47-ci dəqiqədə hesabı bərabərləşdirib. Qonaqlar penalti seriyasında üstün olublar.
Beləliklə, “Komo” turnirin yarımfinalına yüksəlib.
İtaliya Kubokunun hazırkı sahibi “Bolonya”dır.
