İspaniyanın “Jirona” klubu qapıçı Ruben Blankonu azad agent kimi transfer edib.
İdman.Biz bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.

30 yaşlı qapıçı 30 iyun 2026-cı ilə qədər müqavilə imzalayıb. Bundan əvvəl “Barselona”dan icarəyə götürülmüş qapıçı Mark-Andre ter Ştegen zədə səbəbindən sıradan çıxmışdı.
“Onun yüksək səviyyəli yarışlardakı təcrübəsi, liderlik keyfiyyətləri və taktiki yetkinliyi onu mövsümün bu vacib mərhələsində etibarlı bir əlavə edir”, - “Jirona”nın mətbuat xidməti komandanın rəsmi saytında bildirib.
30 yaşlı qapıçı əvvəllər “Selta Viqo” və “Marsel”də oynayıb. O, bu ilin yanvar ayında Fransa klubundan ayrılıb.
