Premyer Liqa: “Mançester Yunayted” səfərdə məğlubiyyətdən qurtarıb - YENİLƏNİB + VİDEO

11 Fevral 2026 02:18
99
Premyer Liqa: “Mançester Yunayted” səfərdə məğlubiyyətdən qurtarıb

İngiltərə Premyer Liqasının 26-cı turunun “Vest Hem” və “Mançester Yunayted” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun 1:1 hesabı ilə bitib.

Tomas Souçek 50-ci dəqiqədə londonluları irəli çıxarıb. Benjamin Şeşko 90+6-cı dəqiqədə bərabərlik qolunu vurub.

Bu oyundan sonra “Vest Hem” İngiltərənin yüksək liqasının turnir cədvəlində 24 xalla 18-ci, “Mançester Yunayted” isə 45 xalla dördüncü yerdədir.

01:50

İngiltərə Premyer Liqasının 26-cı turunun “Nyukasl Yunayted” və “Tottenhem Hotspur" komandaları arasında keçirilən oyun başa çatıb.

“Sağsağanlar” oyunu 2:1 hesabı ilə qazanıblar. Matç Londondakı “Tottenhem Hotspur” stadionunda baş tutub.

45+5-ci dəqiqədə Malik Tşau hesabı açaraq qonaqlara irəli çıxarıb. 64-cü dəqiqədə Arçi Qrey bərabərlik qolunu vurub. 68-ci dəqiqədə Ceykob Remzi qonaqların ikinci qoluna imza atıb.

Bu oyundan sonra “Tottenhem” İngiltərə Premyer Liqasının turnir cədvəlində 29 xalla 16-cıdır, “Nyukasl Yunayted” isə 36 xalla 10-cu yerdə qərarlaşıb.

Turun digər oyununda da qonaqlar qalib gəliblər. “Bornmut” “Everton"dan üstün olub - 2:1.

“Çelsi” və “Lids Yunayted" isə sülhlə ayrılıblar - 2:2.

İdman.Biz