“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola müdafiəçi Abdukodir Xusanovun ingilis dilini öyrənməkdəki irəliləyişini şərh edib.
İdman.Biz bildirir ki, o, oyunçunun danışığının yaxşılaşdığını qeyd edib.
“O, Uilyam Şekspir kimi danışmır, bunu etiraf edirəm. Amma onun ingilis dili getdikcə daha da yaxşılaşır. O, bizim nə istədiyimizi, nə dediyini başa düşür. O, daim daha da yaxşılaşır. Xusanov çox ağıllı, güclü, sürətlidir və həmişə düzgün mövqe tapir”, - Qvardiolanın klubun rəsmi sosial media səhifəsində deyilir.
20 yanvar 2025-ci ildə “Mançester Siti” Xusanovun “Lans”dan transferini rəsmi olaraq elan edib. Oyunçunun müqaviləsi 2029-cu ilin yayına qədərdir. İngiltərə Premyer Liqasının 25 oyunundan sonra komanda hazırda 50 xalla ikinci yerdədir və lider “Arsenal”dan altı xal geri qalır.
