Riberinin vəkili iddiaları saxta adlandırdı

10 Fevral 2026 18:59
46
Riberinin vəkili iddiaları saxta adlandırdı

“Bavariya”nın keçmiş oyunçusu Frank Riberi barədə yayılan məlumatlar müzakirə mövzusuna çevrilib.

İdman.Biz xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin Epştein işi ilə bağlı dərc etdiyi materiallarda fransız futbolçunun adının çəkildiyi bildirilib.

Məlumatlarda zərərçəkənlərdən birinin futbolçu ilə bağlı ağır iddialar səsləndirdiyi qeyd olunur. Lakin Riberinin vəkili yayılan xəbərləri qəti şəkildə təkzib edib:

“Bu yalandır. Müştərimin və ailəsinin ləyaqətinə qəsd edən bu saxta xəbərlərə görə məsul şəxslərin cəzalandırılması üçün tədbir görəcəyəm”.

Xatırladaq ki, 2010-cu ildə Riberi və Kərim Benzema oxşar ittihamlarla üzləşmiş, lakin daha sonra məhkəmə futbolçulara bəraət vermişdi.

İdman.Biz
Məqalədə: