“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo maraqlı hadisə ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, futbolçu məşqə yollanarkən onunla selfi çəkdirmək istəyən azarkeş qəfil qarşısına çıxıb. Olmo isə dayanmayaraq yoluna davam edib və fanat az qala toqquşma ilə üzləşib.
Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra istifadəçilər vəziyyətə zarafatla yanaşıblar. Şərhlərdə qeyd olunur ki, ispan oyunçu məşqə gecikməmək üçün dayanmayıb və baş məşqçinin sərt intizam qaydalarına görə risk etmək istəməyib.
