“Yuventus” böyük hesabla məğlub olaraq İtaliya Kubokunda mübarizəni dayandırıb - VİDEO

6 Fevral 2026 02:14
66
“Yuventus” böyük hesabla məğlub olaraq İtaliya Kubokunda mübarizəni dayandırıb

İtaliya Kubokunun dörddəbir final mərhələsinin “Atalanta” və “Yuventus” komandaları arasında oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun İtaliyanın Berqamo şəhərindəki “Stadio Azzurri d'Italia” stadionunda baş tutub. Meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.

Meydan sahiblərinin hücumçu Canluka Skamakka 27-ci dəqiqədə penaltidən qolla hesabı açıb. “Atalanta”nın forvardı Kamal Sulemana 77-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Yarımmüdafiəçi Mario Paşaliç 85-ci dəqiqədə böyükhesablı qələbəni təmin edib.

Beləliklə, “Atalanta” İtaliya Kubokunun yarımfinalına yüksəlib, “Yuventus” isə yarışdan kənarlaşdırılıb.

Daha əvvəl "İnter” “Torino”nu 3:0 hesabı ilə məğlub edərək İtaliya Kubokunun yarımfinalına vəsiqə qazanıb. Digər matçlarda “Napoli” “Komo” (10 fevral), “Bolonya” isə “Latsio” ilə (11 fevral) qarşılaşacaq.
Hazırkı İtaliya Kubokunun sahibi “Bolonya”dır.

İdman.Biz