Lionel Messi “Canal+”un XXI əsrin ən yaxşı hücumçuları reytinqində birinci yeri tutub.
İdman.Biz bildirir ki, kanalın komandası jurnalistlər və keçmiş futbolçularla müsahibə apararaq, əsrin birinci rübünün 100 ən böyük oyunçusunun siyahısını tərtib edib.
Ümumi siyahı bazar günü açıqlanacaq, lakin mövqelərə görə reytinqlər hazırda dərc olunur.
Əsrin ən yaxşı 15 hücumçusu bunlardır:
1. Lionel Messi.
2. Kriştianu Ronaldu.
3. Ronaldo.
4. Ronaldinyo.
5. Tyerri Anri.
6. Kərim Benzema.
7. Kilian Mbappe.
8. Neymar.
9. Robert Levandovski.
10. Didye Droqba.
11. Samuel Eto'o.
12. Zlatan İbrahimoviç.
13. Andrey Şevçenko.
14. Raul.
15. Luis Suares.
