“Barselona” Levandovskiyə maaşını azaltmaq şərti ilə yeni müqavilə təklif etmək istəyir

6 Fevral 2026 00:33
111
“Barselona” Levandovskiyə maaşını azaltmaq şərti ilə yeni müqavilə təklif etmək istəyir

“Barselona” 37 yaşlı hücumçu Robert Levandovskiyə daha bir mövsümlük daha az maaşlı yeni müqavilə təklif etməyi düşünür.

İdman.Biz bu barədə ESPN-ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik polşalı oyunçunun iş etikasından və oyunundan məmnundur. “Barselona” hücumçunun müqaviləsini ən azı 2027-ci ilin iyun ayına qədər uzatmaq üçün müxtəlif variantları araşdırır.

Levandovski 2022-ci ilin yayından “Barselona”da oynayır. Bu mövsüm o, bütün yarışlarda 27 oyunda meydana çıxıb, 12 qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 9 milyon avrodur.

İdman.Biz