“Bavariya” 17 yaşlı yarımmüdafiəçisi Lenart Karl karyerasını İngiltərədə davam etdirə bilər.
İdman.Biz-in TEAMtalk-a istinadən məlumatına görə, “Arsenal” gənc istedadla müqavilə imzalamaqda maraqlıdır.
Münhen komandası oyunçusunu 80-90 milyon avro dəyərində qiymətləndirir. Mənbənin məlumatına görə, London klubu tələb olunan qiyməti ödəməyə hazırdır.
Lenart Karl “Bavariya”nın gənclər sisteminin yetirməsidir. Onun hazırkı Almaniya çempionu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. Bu mövsüm yarımmüdafiəçi Münhen klubunda bütün yarışlarda 29 oyuna çıxıb, yeddi qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, Karlın hazırkı bazar dəyəri 60 milyon avrodur.
