Azərbaycan klubları ötən il futbolçu satışlarından milyonlar qazanıb

30 Yanvar 2026 14:57
55
Azərbaycan klubları ötən il futbolçu satışlarından milyonlar qazanıb

FIFA kişi futbolunda beynəlxalq transferlərlə bağlı 2025-ci ilin hesabatını açıqlayıb.

İdman.Biz qurumun rəsmi saytına istinadən xəbər verir ki, transferlərin sayı və maliyyə dövriyyəsini əks etdirən hesabatda Azərbaycan 58-ci pillədə qərarlaşıb.

Ötən il ölkəmizə 162 futbolçu transfer edilib, 95 oyunçu isə xarici klublara göndərilib. Azərbaycan klubları transferlər üçün 4,96 milyon dollar xərcləyib, satışlardan isə 9,53 milyon dollar gəlir əldə edib.

Qeyd edək ki, Azərbaycana gələn futbolçuların sayı 45,9 faiz artsa da, ölkə xaricinə transferlər 2024-cü illə müqayisədə 41,8 faiz azalıb.

İdman.Biz
Məqalədə: