Van Deyk “Qarabağ”la matçda Çempionlar Liqasında tarixi rekorda imza atıb

29 Yanvar 2026 04:30
197
Van Deyk “Qarabağ”la matçda  Çempionlar Liqasında tarixi rekorda imza atıb

“Liverpul”un futbolçusu Vircil van Deyk tarixdə Çempionlar Liqası matçında üç məhsuldar ötürmə edən ilk mərkəz müdafiəçisi olub.

İdman.Biz bildirir ki, bu barədə Opta Sports öz Telegram səhifəsində məlumat verib.

Van Deyk Çempionlar Liqasının əsas mərhələsinin son oyun günündə “Qarabağ”la matçda (6:0) üç məhsuldar ötürmə edib.

Van Deyk bu mövsüm Çempionlar Liqasında iki qol vurub və üç məhsuldar ötürmə edib.

“Liverpul” Çempionlar Liqasının ümumi turnir cədvəlində 18 xalla üçüncü yeri tutub. Komanda 1/8 finalda oynayacaq. “Qarabağ” isə 22-ci yeri tutub və pley-offda oynayacaq.

İdman.Biz