Konte: “İtaliyadakı reallıq İngiltərədəkindən fərqlidir”

Xəbərlər
27 Yanvar 2026 18:32
96
Konte: “İtaliyadakı reallıq İngiltərədəkindən fərqlidir”

“Napoli”nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasında “Çelsi” ilə keçiriləcək oyunu şərh edib.

İdman.Biz bildirir ki, mütəxəssis iki klub arasında transfer imkanlarındakı ciddi fərqi qeyd edib.

“Əgər 22 yaşlı oyunçulara 100 milyon avrodan çox pul xərcləmək imkanınız varsa... Hamı bu qiymətlərlə necə almaq lazım olduğunu bilir və mən prezidentimdən də eyni şeyi etməsini xahiş edərdim. Problem ondadır ki, bunu yalnız bir neçə nəfər edə bilər, İtaliyada heç kim edə bilməz, İngiltərədə isə İspaniyadakı “Real Madrid” kimi gedib ala bilənlər var. Bu, əhəmiyyətli bir investisiyadır və sonra deyirlər ki, “biz gənc oyunçulara investisiya qoyuruq”. Başa düşürəm, bəs İtaliyada kim 16 yaşlı bir oyunçuya 70 milyon avro xərcləyər? İngiltərədəki reallıq fərqlidir, bizimkindən tamamilə fərqlidir. Onlar dominantlığa məhz belə çatırlar, indi də elə bu baş verir”, - deyə “Sky Sport Italia” Kontedən sitat gətirib.

“Napoli” – “Çelsi” oyunun yanvarın 28-də olacaq.

Çempionlar Liqası əsas mərhələsinin yeddi turundan sonra “Napoli” səkkiz xalla turnir cədvəlində 25-ci yerdədir.

İdman.Biz