“Fənərbağça” klubunun azarkeşi Türkiyə superliqasının 31-ci turunda “Qalatasaray”a məğlubiyyətdən (0:3) sonra əsəblərini cilovlaya bilməyərək televizorunu yarasız hala salıb.
İdman.Biz xəbər verir ki, görüntü sosial şəbəkələrdə yayılıb.
Belə ki, "Fənərbağça" qəzəbli azarkeş əvvəl televizoru yumruğu ilə sındırıb, sonra isə onu pəncərədən küçəyə atıb.
Məlumat üçün əlavə edək ki, bu məğlubiyyət çempionluq yarışında “Fənərbağça”ya ciddi zərbə olub, onlarla “Qalatasaray” arasında 7 xallıq fərq yaranıb. Hazırda 1-ci yerdə olan “Qalatasaray”ın 74, 2-ci pillədəki “Fənərbağça”nın isə 67 xalı var.
