Salahın DÇ-2026-da oynayıb-oynamayacağı sual altındadır

27 Aprel 2026 11:47
172
Salahın DÇ-2026-da oynayıb-oynamayacağı sual altındadır

“Liverpul”un futbolşusu Məhəmməd Salah “Liverpul”un forması ilə bu mövsüm bir daha meydana çıxmayacaq.

İdman.Biz xəbər verir ki, o, “Kristal Pelas” ilə matçda (3:1) arxa bud əzələsindən zədə alıb.

Həkimlər bildiriblər ki, 33 yaşlı vingerin vətərində qopma aşkarlanıb və onun bərpası təxminən dörd həftə çəkəcək.

Misir Futbol Federasiyası futbolçunun 2026-cı il dünya çempionatına qədər hazır olacağına ümid edir. Qrup mərhələsində komanda Belçika, Yeni Zelandiya və İranla qarşılaşacaq.

Qeyd olunub ki, Salah turnir iyunun 11-də Şimali Amerikada start götürənədək sıraya qayıtmağı planlaşdırır. Daha əvvəl isə mövsümün sonunda onun “Liverpul”u azad agent kimi tərk edəcəyi xəbərləri yayılıb.

Bu mövsüm Salah 39 oyunda 12 qol vurub və doqquz məhsuldar ötürmə edib.

İdman.Biz
Məqalədə: