Qriliş Mançesterdə barın damında sərxoş halda yuxuya gedib - FOTO

27 Aprel 2026 11:18
154
Qriliş Mançesterdə barın damında sərxoş halda yuxuya gedib - FOTO

“Everton” klubunun yarımmüdafiəçi Cek Qriliş əylənmək üçün getdiyi barda alkoqol içəndən sonra yuxuya gedib.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şahidinin sözlərinə görə, dostları onu oyatmağa çalışsa da, buna nail ola bilməyiblər. Onun bu vəziyyətinin səbəbinin isə içdiyi alkoqolun miqdarı ilə bağlı olduğu ehtimal edilir.

Mənbənin məlumatına əsasən, əməliyyatdan sonra bərpa prosesi keçən Qrilişin mövsümün qalan hissəsini buraxacağı və İngiltərə millisinin dünya çempionatı üçün heyətinə namizəd kimi nəzərdən keçirilmədiyi bildirilir.

Xatırladaq ki, futbolçu mart ayında sosial şəbəkələrdə bərpa prosesi ilə bağlı paylaşımlar edib və “daha güclü qayıtmaq üçün çalışdığını” qeyd edib.

Qeyd edək ki, Qriliş uzun müddətdir əyləncə həyatına meyilli futbolçu kimi tanınır. O, əvvəllər də bahalı məclislər təşkil edib və meydandan kənardakı həyat tərzinə görə tez-tez mətbuatın gündəminə düşüb.

İdman.Biz
Məqalədə: