Hüseyn Məhəmmədov: “Açığı, belə gedişat gözləmirdim”

27 Aprel 2026 11:31
156
Hüseyn Məhəmmədov: “Açığı, belə gedişat gözləmirdim”

“Neftçi” son turlarda yaxşı oyun nümayiş etdirir və avrokuboklara vəsiqə qazanmağa çalışır. Qarşılaşmanı maraqla gözləyirdim”.

Bu sözləri veteran qapıçı Hüseyn Məhəmmədov deyib.

O, Misli Premyer Liqasının 29-cu turunda keçirilən “Neftçi” “Qarabağ” matçını şərh edib:

“Qarabağ”da isə ardıcıl xal itkilərindən sonra müəyyən ruh düşkünlüyü yaranmışdı. Bunu aradan qaldırmaq üçün “Neftçi” ilə oyuna kifayət qədər istəkli çıxmışdılar. Matçın gedişində də göründü ki, qələbəyə daha çox can atan tərəf Ağdam klubu idi. Açığı, belə gedişat gözləmirdim. “Qarabağ” artıq avrokuboklara vəsiqəni təmin edib. “Neftçi” isə Avropaya yollanmaq üçün bu oyunda xal qazanmaq istəyirdi. Dediyim kimi, flaqman son turlarda ardıcıl qələbələr qazanmışdı və motivasiyası daha yüksək idi. Futbolda belə hallar yaşanır. Çempionatın səviyyəsində dəyişiklik hiss olunur. Turnir cədvəlində aşağı pillələrdə qərarlaşan komandalar belə, ilk “üçlük”də yer alan kollektivlərdən xal ala bilirlər”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, “Neftçi” - “Qarabağ” matçı meydan sahiblərinin 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

İdman.Biz