Türkiyə Superliqasının 19-cu turunda “Beşiktaş” səfərdə “Eyüpspor”la qarşılaşıb.
İdman.Biz bildirir ki, qarşılaşma 2:2 hesabı ilə bitib.
Oyunda hesabı 6-cı dəqiqədə “Beşiktaş”dan Orkun Kökçü açıb. 57-ci dəqiqədə Umut Bozok cavab topunu vurub. 65-ci dəqiqədə Emre Akbaba penaltidən meydan sahiblərini irəli çıxarıb. 76-cı dədiqədə Cengiz Ünder “Beşiktaş”ı məğlubiyyətdən xilas edib.
“Beşiktaş” 19 oyundan 33 xal toplayaraq 5-c yerdədir. “Eyüpspor” 15 xalla 16-cı yerdə qərarlaşıb.
