“Qalatasaray” rəsmi saytında “Napoli”nin cinah oyunçusu Noa Lanqın cari mövsümün sonuna qədər icarəyə götürüldüyünü açıqlayıb.
İdman.Biz xəbər verir ki, Türkiyə nəhənginin 26 yaşlı futbolçunun müvəqqəti transferi üçün “Napoli” klubuna 2 milyon avro ödəyəcəyi bildirilir. Niderlandlı cinah oyunçusunun maaşı bonuslar xaric ən azı 1,75 milyon avro olacaq.
Lanq 2025-ci ilin yayından “Napoli”də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 27 oyunda meydana çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.
