“Beşiktaş” öz meydanında uduzub - VİDEO

Xəbərlər
21 Dekabr 2023 23:24
185
“Beşiktaş” öz meydanında uduzub - VİDEO

Türkiyə Superliqasında 17-ci tura yekun vurulub.

İdman.biz xəbər verir ki, “Beşiktaş” öz meydanında uduzub.

Hesabı “qara qartallar” açsalar da, “Alanyaspor” əzimkarlıq nümayiş etdirib. Qonaqlar 3 qol vuraraq, İstanbuldan 3 xalla dönüblər.

“Rizəspor”un uğurlu oyunlar seriyası 5-ə yüksəlib. Qaradəniz təmsilçisi öz meydanında “Pendikspor”a qalib gəlib. Bu qələbədən sonra xalını 25-ə yüksəldən komanda 5-ci pillədə yer alıb.

Türkiyə Superliqası
17-ci tur

Rizəspor – Pendikspor – 5:1
Samsunspor – Konyaspor – 1:1
Ankaragücü – Hatayspor – 0:0
Beşiktaş – Alanyaspor – 1:3

İdman.biz