Almaniya Bundesliqasının 18-ci turunun “Verder Bremen” və “Ayntraxt Frankfurt” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, matç Almaniyanın Bremen şəhərindəki “Vonninvest Weserstadion” stadionunda oynanılıb. Qarşılaşma 3:3 hesablı heç-heçə ilə bitib.
Qonaqlardan Arno Kalimuendo birinci dəqiqədə hesabı açıb. “Verder Bremen”in hücumçusu Castin Njinma 29-cu dəqiqədə hesabı bərabərləşdirib. İkinci hissədə müdafiəçi Nnamdi Kollinz 56-cı dəqiqədə “Ayntraxt”I irəli çıxarıb. 78-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Yens Staj hesabı bərabərləşdirib, iki dəqiqə sonra isə bremenlilərin hücumçusu Yovan Miloşeviç komandasını irəli çıxarıb. Ansqar Knauff isə 90+4-cü dəqiqədə qonaq komandaya heç-heçə qazandırıb.
Bundesliqadakı 18 oyundan sonra “Verder Bremen” 18 xalla 12-ci yerdədir. “Ayntraxt Frankfurt” isə 27 xalla yeddinci yerdə qərarlaşıb.
