Dieqo Simeone Peres və Vinisiusdan üzr istəyib

Xəbərlər
13 Yanvar 2026 08:12
41
Dieqo Simeone Peres və Vinisiusdan üzr istəyib

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone İspaniya Superkubokunun yarımfinalında “Real Madrid”in cinah oyunçusu Vinisius Junior ilə mübahisəsinə görə üzr istəyib.

İdman.Biz bildirir ki, oyun 2:1 hesabı ilə “Real”ın xeyrinə başa çatıb.

Oyun zamanı Simeone Vinisiusa “Florentino (Perez) səni qovacaq, sözlərimi yadda saxla” deyib.

Daha sonra Vinisius meydandan çıxarkən Simeone “Real Madrid”in oyunçusuna azarkeşlərin onu fitə basdığını işarə edib.

“Baş verənlərə görə cənab Florentino (Pérez) və cənab Viniciusdan üzr istəyirəm. Bu cür davranmağım səhv idi və açıq-aydın şəkildə səhv etdiyimi etiraf edirəm.

Qalib gələn komanda mərhələ keçməyə layiqdir, vəssalam”, - Simeone bildirib.

İdman.Biz