2023-cü ilin iyulunda italiyalı qapıçı Canluici Donnarumma hələ PSJ-də çıxış etdiyi vaxt xoşagəlməz hadisə ilə üzləşib. O zaman gecə saatlarında quldurlar onun evinə daxil olublar.
İdman.Biz Fransa mətbuatına istinadən xəbər verir ki, müstəntiqlər hadisə ilə bağlı araşdırmanı başa çatdırıblar.
Hazırda iş məhkəməyə çıxarılıb və parisdə hadisədə iştirak edən iki cinayətkarın məhkəməsi başlayıb.
Maraqlı faktlardan biri də təqsirləndirilən şəxslərdən birinin istintaq zamanı intihara cəhd etməsi olub.
Xatırladaq ki, həmin vaxt qapıçı hamilə olan həyat yoldaşı Alessia Elefante ilə birlikdə evində bir neçə dəhşətli dəqiqə keçirib.
Cütlüyün əlləri iplə bağlanılıb və onlar müqavimət göstərə bilməyib. Quldurlar isə mənzildəki əşyaları və qiymətli əşyaları götürüb aradan çıxa biliblər.
