Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi

11 Sentyabr 2026 09:49
65
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməz qalıb.

İdman.Biz xəbər verir ki, ölkəmiz 23,687 əmsalla UEFA-nın ölkə reytinqində 25-ci pillədə qərarlaşıb.

Ölkəmiz 24-cü sırada yer alan İsraildən 0,188 əmsal geri qalır. İsrailin hesabında 23,875, 26-cı pillədəki Sloveniyanın aktivində isə 22,843 əmsal var.

Qeyd edək ki, “Sabah” ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin birinci turunda İngiltərədə “Mançester Yunayted”ə 0:4 ilə məğlub olub.

Reytinq cədvəlinə 103,130 əmsalla İngiltərə başçılıq edir.

İdman.Biz