Bazar ertəsi, avqustun 28-də, "Rayo Valyekano" - "Atletiko Madrid" matçı ilə İspaniya Futbol Çempionatının 2023/2024 mövsümünün 3-cü turuna yekun vurulub.
İdman.biz La Liqada 3-cü turun oyunlarının nəticələrini təqdim edir:
Las Palmas - Real Sosyedad - 0:0;
Selta - Real Madrid - 0:1;
Kadis - Almeriya - 1:1;
"Qranada" - "Malyorka" - 3:2;
"Sevilya" - "Jirona" - 1:2;
Vilyarreal - Barselona - 3:4;
"Valensiya" - "Osasuna" - 1:2;
"Atletik" - "Betis" - 4:2;
Xetafe - Alaves - 1:0;
"Rayo Valyekano" - "Atletiko" - 0:7.
Qollar: Antuan Qrizmann (Rodriqo De Paul) - 0:1
2'
Memfis Depay - 0:2
16'
Nauel Molina (Rodriqo De Paul) - 0:3
36'
Alvaro Morata (Saul Niqes) - 0:4
73'
Anxel Korrea - 0:5
79'
Alvaro Morata (Anxel Korrea) - 0:6
84'
Markos Lyorente - 0:7
86'
İspaniya çempionatının 3-cü turundan sonra turnir cədvəlinə doqquz xal toplayan "Real Madrid" başçılıq edir. Onu "Atletiko Madrid", "Jirona" və "Barselona" izləyir. Hər üç komandanın hərəyə yeddi xalı var. Düşmə zonasında "Selta", "Almeriya" və "Sevilya" yer alır. Ümumilikdə, La Liqanın 3-cü turunun 10 matçında cəmi iki heç-heçə qeydə alınıb.
İdman.biz