“Amedspor” - “Beşiktaş” matçında suvarma sürprizi - VİDEO

21 Sentyabr 2026 00:13
79
“Amedspor” - “Beşiktaş” matçında suvarma sürprizi - VİDEO

Türkiyə Super Liqasının altıncı turunda keçirilən “Amedspor” - “Beşiktaş” matçında maraqlı hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın 37-ci dəqiqəsində meydanın suvarma sistemi qəfil işə düşüb. Hakim oyunu dayandırmalı olub.

Futbolçulardan bəziləri yaranmış fasilədən istifadə edərək su ilə sərinləməyə çalışıblar. Təxminən bir dəqiqə sonra suvarma sistemi söndürülüb və oyun davam etdirilib.

Qeyd edək ki, “Amedspor” qarşılaşmada “Beşiktaş”ı 3:2 hesabı ilə məğlub edib. Diyarbəkir təmsilçisinin qollarını Gift Orban, Dia Saba və Furkan Soyalp vurublar. Bu qələbədən sonra “Amedspor” turnir cədvəlinin liderliyinə yüksəlib.

İdman.Biz