Almaniyanın Şimal-Şərq Regional Liqasının 10-cu turunda Berlin “Dinamo”su doğma meydanda “Maqdeburq”un ikinci komandasını 4:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmaya start heyətində başlayan Rüfət Dadaşov iki qol vuraraq komandasının qələbəsində mühüm rol oynayıb.
Azərbaycanlı hücumçu matçın 87-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, bu qələbədən sonra Berlin “Dinamo”su xalını 18-ə çatdıraraq turnir cədvəlinin altıncı pilləsinə yüksəlib.
