“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen zədələnib və İspaniya Superkuboku matçında oynamayacaq.
İdman.Biz bildirir ki, “Barselona” yanvarın 7-də İspaniya Superkubokunun yarımfinalında "Atletik Bilbao" ilə qarşılaşacaq.
“Diario Sport”un məlumatına görə, qapıçı zədə səbəbindən dünənki məşqi erkən tərk edib.
“Barselona”nın mətbuat xidməti ter Ştegenin Səudiyyə Ərəbistanındakı komandanın təlim-məşq toplanışını tərk etdiyini və müayinə üçün Barselonaya qayıdacağını açıqlayıb. Dieqo Koçen onun yerinə heyətə daxil ediləcək.
