Luka Modriç: “Bugünkü müharibələri başa düşmürəm; onlar səbəb olmadan hər şeyi məhv edirlər”

Xəbərlər
2 Yanvar 2026 09:40
43
Luka Modriç: “Bugünkü müharibələri başa düşmürəm; onlar səbəb olmadan hər şeyi məhv edirlər”

“Milan”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç müharibələrdən danışıb.

İdman.Biz bildirir ki, 1985-ci ildə anadan olan Luka Modriç uşaqlığını 1991-ci ildən 1995-ci ilə qədər davam edən keçmiş Yuqoslaviya müharibələrində keçirib. Buna görə də o və ailəsi qaçqın düşüb.

“Yuqoslaviya müharibələri] dəlilik idi. Mən o müharibələri o vaxt da başa düşmürdüm, bugünkü müharibələri də başa düşmürəm. Həyat gözəldir, amma müharibələr heç bir səbəb olmadan hər şeyi məhv edir”, - deyə “Corriere della Sera” qəzeti Modriçin sözlərini sitat gətirir.

Modriç çoxsaylı kuboklar qazandığı “Real Madrid”dəki çıxışları sayəsində şöhrət qazanıb. O, həmçinin “Dinamo Zaqreb” və “Tottenhem Hotspur”da da oynayıb. Yarımmüdafiəçi 2025-ci ilin yayından bəri “Milan”da çıxış edir.

İdman.Biz