Afrika Millətlər Kuboku: Misirlə Anqola heç-heçə ediblər

Xəbərlər
29 Dekabr 2025 22:55
38
Afrika Millətlər Kuboku: Misirlə Anqola heç-heçə ediblər

Afrika Millətlər Kubokunda Anqola və Misir arasında keçirilən B qrupunun üçüncü tur oyunu başa çatıb.

İdman.Biz bildirir ki, Mərakeşin Aqadir şəhərindəki “Adrar” stadionunda keçirilən oyun 0:0 hesabı ilə başa çatıb.

Anqola B qrupunda iki xalla üçüncü yeri tutub, Misir isə yeddi xalla qrup lideri olub. Hər qrupdan ilk iki yeri tutan komanda və üçüncü yeri tutan dörd ən yaxşı komanda pley-off mərhələsinə vəsiqə qazanır.

2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda altı qrupa bölünmüş 24 milli komanda iştirak edir. Turnir 18 yanvara qədər davam edir. Hazırkı Afrika Millətlər Kubokunun çempionu Kot-d'İvuardır.

İdman.Biz