“Valensiya”nın futbolçusu Braziliyada oğurlanıb

Xəbərlər
18 Dekabr 2023 22:21
127
“Valensiya”nın futbolçusu Braziliyada oğurlanıb

Braziliya yığmasının keçmiş futbolçusu Marselinyo Karioka qaçırılıb.

İdman.biz xəbər verir ki, hadisə İtakakesetub şəhərində keçirilən konsertdən sonra baş verib.

Marselinyo bazar günü yoxa çıxıb. Onun avtomobili konsert keçirilən yerdən 25 km kənarda tapılıb. Artıq hüquq-mühafizə orqanları tərəfindən şübhəli qismində iki nəfər saxlanılıb. Oğrular Marselinyonun ailəsi ilə əlaqə saxlayıblar. Onlar veteran futbolçunun azad edilməsi üçün 90 min real (təxminən 18 min dollar) tələb ediblər.

Qeyd edək ki, 52 yaşlı Karioka “Flamenqo”, “Korintians”, “Valensiya”, “Santos”, “Vasko da Qama” kimi klublarda çıxış edib. O, 4 dəfə Braziliya yığmasının şərəfini qoruyub.

İdman.biz