Kvaratsxelia azarkeşlərdən üzr istədi

29 Sentyabr 2026 09:59
70
Kvaratsxelia azarkeşlərdən üzr istədi

Futbol üzrə Gürcüstan millisinin hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxelia Millətlər Liqasının qrup mərhələsində Ukraynaya qarşı keçirilən ev oyunundan sonra azarkeşlərə müraciət edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

İdman.Biz “CrystalSport”a istinadən xəbər verir ki, Kvaratsxelia iki oyunda qələbə qazana bilmədikləri üçün azarkeşlərdən üzr istəyib.

“İki oyunda onlara qələbə bəxş edə bilmədiyimiz üçün azarkeşlərdən üzr istəmək istəyirəm. Komanda onların dəstəyini hər zaman hiss edir. Onlar həmişə bizim yanımızdadırlar. Növbəti oyunlarda onları sevindirməyə çalışacağıq. Komanda qarşısına qoyulan məqsədə çatmaq istəyir”, – deyə futbolçu qeyd edib.

Qeyd edək ki, Gürcüstan millisi Millətlər Liqasının B Liqasında iki oyundan sonra bir xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Komanda növbəti matçını səfərdə Macarıstana qarşı keçirəcək.

İdman.Biz
Məqalədə: