Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci turunda Seneqal və Konqo Demokratik Respublikası arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, matç 1:1 hesabı ilə yekunlaşıb.
Oyunun ilk qolunu 61-ci dəqiqədə Konqo Demokratik Respublikasının hücumçusu Sedrik Bakambu vurub. Səkkiz dəqiqə sonra “Əl-Nəsr”də oynayan Seneqalın yarımmüdafiəçisi Sadio Mane hesabı bərabərləşdirib.
D qrupundakı iki oyundan sonra Seneqalın aktivində dörd xalı var və turnir cədvəlinə başçılıq edir. Konqo Demokratik Respublikası millisi də dörd xalı ilə ikinci yerdədir.
