Salah Milad bayramı barədə paylaşımına görə müsəlman azarkeşlər tərəfindən tənqid edilib - FOTO

Xəbərlər
26 Dekabr 2025 08:05
51
Salah Milad bayramı barədə paylaşımına görə müsəlman azarkeşlər tərəfindən tənqid edilib

“Liverpul” və Misir millisinin hücumçusu Məhəmməd Salah Milad təbrikini paylaşdığına görə müsəlman azarkeşlər tərəfindən tənqid edilib.

İdman.Biz xəbər verir ki, futbolçu qızlarının Yolka ağacının qarşısında çəkilmiş şəklini X sosial media səhifəsində “Milad bayramınız mübarək” başlığı ilə paylaşıb.

Paylaşıma verilən şərhlərdə bəzi azarkeşlər “Liverpul” hücumçusunun katolikləri dini bayram münasibətilə təbrik etməməli olduğunu iddia ediblər və futbolçunu öz inanclarına hörmətsizlik etməkdə günahlandırıblar:

“Mo Salah, səni “Mançester Siti” azarkeşi kimi sevirdim. Sən mənim üçün nümunə idin. Heç vaxt “Siti”də oynamasan da, mənə ilham verdin. Lakin bundan sonra səni artıq öz kumirim hesab edə bilmərəm. Sən mənim qəlbimi qırdın.”
“Sən müsəlmansan... dininə və mədəniyyətinə... milyonlarla insana göstərdiyin şeylərə hörmət etməlisən.”
“Qardaş, öz xatirinə Allahdan qorx - sən müsəlmansan, milyonlarla insan səni izləyir. İnsanlar səni sevir, onların əksəriyyəti gənc müsəlmanlardır və onlar sənin etdiklərinin normal və zərərsiz olduğunu düşünəcəklər, amma bu, böyük günahdır və müsəlmanlara aid olmayan bir şeydir.”

Eyni zamanda, Salah həm müsəlmanlardan, həm də digər dinlərin nümayəndələrindən çoxsaylı dəstək mesajları alıb. Azarkeşlər misirlinin hərəkətlərinin insaniliyini qeyd edərək, paylaşımı hörmət əlaməti adlandırıb və insanlar arasındakı fikir ayrılıqlarına daha çox dözüm göstərməyə çağırıblar.

İdman.Biz