“Real Madrid”in futbolçusu Anqolada futbol akademiyası açacaq

Xəbərlər
25 Dekabr 2025 23:12
46
“Real Madrid”in futbolçusu Anqolada futbol akademiyası açacaq

“Real Madrid”in və Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa Anqolada futbol akademiyası açacaq.

İdman.Biz bildirir ki, Luandada 23 yaşlı futbolçu valideynləri ilə birlikdə İdman və Gənclər Siyasəti Nazirliyinin nümayəndələri ilə futbol akademiyası və məktəbinin yaradılması layihəsini yekunlaşdırmaq üçün görüş keçirib.

“Vətənimin mənə verdiyi şeylərin qarşılığını ödəmək üçün burada gənclər üçün futbol akademiyası və məktəb yaratmaq qərarına gəldim. Bu, məni sevindirir. Valideynlərim mənimlə çox fəxr edirlər. Həmçinin ölkəmə qayıtdığım və onun inkişafına töhfə vermək imkanım olduğu üçün çox xoşbəxtəm”, - Kamavinqa deyib.

Yarımmüdafiəçi bu mövsüm klubun heyətində bütün turnirlərdə 16 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

İdman.Biz