“Roma” Bolonya səfərindən əliboş dönüb

Xəbərlər
17 Dekabr 2023 23:27
163
“Roma” Bolonya səfərindən əliboş dönüb

İtaliya A seriyasında 16-cı turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, “Milan” evdə böyükhesablı qələbə qazanıb.

“Roma” isə səfərdə məğlub olub. Joze Mourinyonun yetirmələri “Bolonya”ya uduzublar. Bolonyalılar bu qələbədən sonra turnir cədvəlində 4-cü pilləyə yüksəliblər.

Qeyd edək ki, “Bolonya” son 4 oyunda 10 xal qazanıb.

İtaliya A seriyası
16-cı tur

Milan – Montsa – 3:0
Fiorentina – Verona – 1:0
Udineze – Sassuolo – 2:2
Bolonya – Roma – 2:0

İdman.biz