“Liverpul” “Mançester Yunayted”lə bacarmayıb, lider dəyişib - VİDEO

Xəbərlər
17 Dekabr 2023 22:38
149
“Liverpul” “Mançester Yunayted”lə bacarmayıb, lider dəyişib - VİDEO

İngiltərə Premyer Liqasının 17-ci turuna yekun vurulub.

İdman.biz xəbər verir ki, turun son matçında lider öz meydanında xal itirib.

“Liverpul” “Mançester Yunayted”in müqavimətini qıra bilməyib. 90 dəqiqədə qapılara qol vurulmayıb. Nəticədə mersisaydlılar birinci pilləni “Arsenal”a təhvil veriblər. “Brayton”u məğlub edən London klubu 39 xalla çempionatın yeni lideri olub. “Liverpul” və “Aston Villa”nın hesabında 38 xal var.

İngiltərə Premyer Liqası
17-ci tur

Arsenal – Brayton – 2:0

Brentford – Aston Villa – 1:2

Vest Hem – Vulverhempton – 3:0

Liverpul – Mançester Yunayted – 0:0

İdman.biz